Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının IV İqlim Həftəsi (CW4) işə başlayır.
Tədbir Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Paralel olaraq “Baku Climate Action Week 2026” – Bakı İqlim Fəaliyyəti Həftəsi də təşkil olunur.
Hər iki təşəbbüs iqlimlə bağlı həllərin praktiki şəkildə həyata keçirilməsinə, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və COP31 ərəfəsində qlobal iqlim gündəliyinin təşviqinə yönəlib.
Forumun ilk günündə beş panel sessiyası və dəyirmi masa keçiriləcək.
Bunlar aşağıdakılardır:
“Bakıdan COP31-ə: parçalanmış dünyada iqlim fəaliyyətinin tempinin qorunması”;
“İnnovasiyalar, rəqəmsal texnologiyalar və regional əməkdaşlıq vasitəsilə yaşıl enerjinin inkişafı”;
“Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: aşkarlanmasından fəaliyyətə keçid”;
“Karbon bazarları: iqlim maliyyələşməsi imkanları”;
“Regional əlaqələndirmə üçün transsərhəd bərpa olunan enerji sertifikatları”.
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb

