Səhiyyə Nazirliyi Suraxanı rayonu, Binə qəsəbəsində odun sobasının partlaması nəticəsində yanıq xəsarətləri almış ailə üzvlərinin vəziyyətləri barədə açıqlama verib.
Baku.News bildirir ki, Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-u, saat 20:50 radələrində Suraxanı rayonu, Binə qəsəbəsi ərazisindən bir ailənin 4 üzvü yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə gətirilib.
Atanın əl, ananın ayaq nahiyələrində yanıq xəsarətləri olub. Onlar vəziyyətləri yaxşı olduğuna görə evə buraxılıblar.
Ailənin 1 yaşlı övladının bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri olub. Tənəffüs yolları yanan uşağın vəziyyəti xəstəxanaya gətirilərkən ağır olub. Uşaq dünən 11:20-də dünyasını dəyişib.
Ailənin 2012-ci il təvəllüdlü qız övladının isə bədənin 50-55 faizi yanıb. Ona 3 a və 3 b dərəcəli yanıq diaqnozu qoyulub, uşağın vəziyyəti ağır stabildir.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir

