Bakıda “AL Market” mağazasında yanğın baş verib.
Plat.az xəbər verir ki, Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində “Al Market” mağazasında yanğın baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mağazada baş verən yanğınla bağlı söndürmə işləri davam etdirilir.
Qurumun açıqlamasında qeyd olunub ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.


