Bakıda 15 yaşlı qız itkin düşüb.
BAKU.NEWS Lent.az-a istinadla xəbər verir ki, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evdə yaşayan qadın polisə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan qızı, 2008-ci il təvəllüdlü Ə.A.-nın yaşadıqları evdən gedərək geri qayıtmadığını və sonuncudan xəbər ala bilmədiklərini bildirib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.


