Bu gün Bakıdan Tiflisə hərəkət edən “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-ə məxsus qatar Tbilisi Dəmir Yolu Stansiyasına gecikib.
Qatar stansiyaya 08:41-də çatmalı olduğu halda 09:30-da çatıb.
Qatarın gecikməsi ilə bağlı sərnişinlərə öncədən məlumat verilməyib və ya üzrxahlıq bildirilməyib.
Qeyd edək ki, sosial şəbəkələrdə tez-tez ADY-nin Bakı-Tiflis qatar reyslərində qiymətlərin xeyli yüksək, xidmət keyfiyyətinin isə, aşağı olması ilə bağlı narazı fikirlər səsləndirilir. Bu fikirlərə əsasən, Bakı-Tiflis-Bakı qatarında öncəki günlərdə də gecikmələr müşahidə edilib. Eyni zamanda sərnişinlər reyslər üzrə bilet sayının azlığından, xüsusilə də Bakıdan Tiflisə gedənlərin qatarla geri qayıtması üçün bilet tapa bilməməsindən şikayətlənirlər. Qatarların gecikməsi hallarının Bakı-Gəncə istiqamətində də yaşanması ilə bağlı ölkə mediasında faktlar gündəmə gətirilir.


