Bakı-Tbilisi-Bakı qatar reysləri üzrə mövcud təklif real tələbatı tam qarşılamır.
Bunu Plat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.
O qeyd edib ki, bu səbəbdən qatarların sayının artırılması ilə yanaşı, alternativ reyslərin təşkili də nəzərdən keçirilməlidir:
“Eyni istiqamətdə hərəkət edən qatarların ayrıca reyslər kimi təşkil olunması sərnişinlərin seçim imkanlarını genişləndirə bilər.
Biletlərin daha uzun müddət əvvəl satışa çıxarılması sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmaq və daha münasib qiymətə bilet almaq imkanı verə bilər. Dinamik tarif sistemində səfər tarixi yaxınlaşdıqca və yerlərin sayı azaldıqca qiymət yüksəldiyindən, erkən bilet alışı sərnişin üçün daha sərfəli olur.
Hazırda bilet alışında tətbiq olunan 30-dən 44 günə artırılma müddətin ən azı 90 günə çatdırılmasının dinamik tarif sisteminin daha səmərəli işləməsinə imkan verəcək. Gələcəkdə bu müddətin 6 aya qədər artırılması da qiymətləndirilə bilər.”


