Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
BAKU.NEWS xəbər verir ki, bu vəzifə Sabir Bilalova həvalə edilib.
O, bundan əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) əməkdaşı olub.
Sabir Bilalov BAKU.NEWS-a açıqlamasında vəzifəsinin icrasına başladığını qeyd edib.


