2 Aprel – Ümumdünya Autizm Maarifləndirmə Günü ilə bağlı İTV-nin qonağı oldum.
Autizm spektr pozuntusunun xəstəlik olmadığı barədə geniş məlumat verərək bu pozğunluğu olan insanların cəmiyyətdəki həyata uyğunlaşması və emosiyalarını idarə etməyi öyrənməsinin ən vacib məsələlərdən biri olduğunu vurğuladım.
Qeyd etdim ki, ASP-li uşaqların cəmiyyətin bərabərhüquqlu üzvü olması üçün bağça və məktəblərdə xüsusi proqramlar tərtib edilməli, maarifləndirici təlimlər keçirilməlidir. Bununla yanaşı məktəb psixoloqlarının ASP-li uşaqların valideynləri və müəllimlər ilə görüşlər keçirməsi və onlara autizm spektr pozuntusu olan uşaqlarla davranma qaydaları, təhsil və təlim təlimatları haqqında maarifləndirməsi daha yaxşı nəticələr verə bilərdi.
Millət vəkili, Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova



