Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC dünyanın aparıcı konsaltinq şirkətlərindən olan “PricewatershouseCoopers” (PwC) ilə əməkdaşlığa başlayıb.
“PwC Azərbaycan” təmsilçiləri ilə keçirilmiş görüşlərin əsas məqsədi milli poçt operatorunun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində dəstək almaqdır.
Uzunmüddətli əməkdaşlığın birinci mərhələsində yerli bazar imkanları müzakirə edilib, dünya poçt trendləri təhlil olunub və hədəf istiqamətləri dəqiqləşdirilib.
Qeyd edək ki, “Azərpoçt” MMC 2021-ci ildən etibarən fəaliyyətini təkmilləşdirmək, əhaliyə göstərdiyi xidmətləri inkişaf etdirmək, dünya poçt sektorundakı qlobal trend və standartlara uyğunlaşdırmaq məqsədilə davamlı addımlar atır.
“PwC” dünyada peşəkar audit, vergi, hüquq və məsləhət xidmətləri göstərən ən böyük şirkətlərdən biridir. “PwC Azərbaycan” öz qlobal şəbəkəsinin zəngin təcrübə, misilsiz bilik və praktiki səriştəsindən faydalanmaları üçün yerli biznes təşkilatlarına, dövlət idarələrinə və özəl şirkətlərə xidmətlər göstərir.


