Sona Abbasova “Azercell Telekom” MMC-də Korporativ Əlaqələr departamentinin direktoru təyin edilib.
BAKU.NEWS bildirir ki, Marja.az-ın əldə etdiyi məlumata görə, Sona Abbasova Noyabr ayının ilk günlərindən vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Sona Abbasova son on ildə “PAŞA Bank”ın Korporativ Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsində çalışıb.


