Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 14,7% artaraq 81,5 milyard ABŞ dollarına çatıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
O vurğulayıb ki, Mərkəzi Bankın ehtiyatları 11,3 milyard ABŞ dolları səviyyəsində formalaşıb.
“Ölkəmizin valyuta ehtiyatları tədiyyə balansının statistikasına baxdıqda 37% mal və xidmətlərin idxalını ödəyə bilir. Valyuta bazarında, həm nağd və həm də qeyri-nağd bazarlarında təklif tələbi üstələyib”, – sədr qeyd edib.


