Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev vəzifəsindən azad olunub.
BAKU.NEWS modern.az-a istinadən xəbər verir ki, Cəlal İsayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib.
Onun yerinə isə Təyyar Eyvazov təyin edilib.
C.İsayev açıqlamasında bildirib ki, heç bir vəzifə əbədi deyil: “Bunu normal qəbul etmək lazımdır. Hazırda Azərbaycan Tibb Universitetində müəllim kimi fəaliyyətimi davam etdirirəm”.


