Türkiyənin müxtəlif bölgələrində eyni vaxtda baş verən yanğınlarla əlaqədar geniş miqyaslı araşdırmalar başlayıb.
BAKU.NEWS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Onun sözlərinə görə, ölkədə baş verən kütləvi yanğınla əlaqədar Türkiyə Daxili İşlər Nazirliyi, Milli Kəşfiyyat İdarəsi və digər əlaqədar strukturlar araşdırma aparır.
Ərdoğan, Rusiya və Ukraynanın ölkəyə yanğınsöndürən təyyarələr göndərdiyini açıqlayıb.
“Bununla əlaqədar olaraq, Azərbaycanla danışıqlar aparılıb və təyyarə ən qısa zamanda Türkiyəyə göndəriləcək”, o deyib.


