Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Cənubi Afrika Respublikasında səfərdədir. Səfərdə məqsəd CAR-ın heyvandarlıq, xüsusilə qoyunçuluq sahəsi üzrə təcrübəsinin öyrənilməsidir.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “Marja”ya daxil olmuş məlumata görə, Fevralın 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bu ölkədə “Dorper” cinsli qoyunların yetişdirilməsi və Azərbaycana idxalı ilə bağlı məsələləri də müzakirə edəcəklər.
Nümayəndə heyətinin tərkibinə Nazirlik Aparatının və “Aqrolizinq” ASC-nin nümayəndələri daxildir.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


