Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Monitorinq şöbəsinin baş mütəxəssisi Xanbala Əhmədli vəfat edib.
Bu barədə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyası rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumatda bildirilir ki, qurumun rəhbərliyi və kollektivi Xanbala Əhmədlinin vəfatından dərin kədərləndiyini bildirib və mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verib.
“Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın rəhbərliyi və kollektivi qurumun Monitorinq şöbəsinin baş mütəxəssisi Xanbala Əhmədlinin vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”
Qeyd edək ki, Xanbala Əhmədlinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


