“Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək” İctimai Birliyi “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsinin icrasına başlayıb. 2026-cı il iyulun 3-də layihə çərçivəsində Lənkəran şəhərində maarifləndirici tədbir keçirilib. İctimai Birliyin sədri Lalə Həmidova bildirib ki, layihənin məqsədi Azərbaycanda trüfelçilik sahəsinin inkişaf perspektivlərini təqdim etmək, fermerləri və kənd təsərrüfatı ilə məşğul olan şəxsləri trüfel istehsalının iqtisadi və ekoloji üstünlükləri barədə məlumatlandırmaq, eləcə də bu sahəyə marağı artırmaqdır.
Tədbir zamanı iştirakçılara trüfel göbələklərinin bioloji xüsusiyyətləri, onların fındıq və digər meşə ağacları ilə yaratdığı simbioz, trüfel bağlarının salınması üsulları, dünya təcrübəsi, Azərbaycanın iqlim və torpaq şəraitinin bu sahənin inkişafı üçün yaratdığı imkanlar, eləcə də ixrac potensialı haqqında geniş məlumat verilib, təqdimatlar edilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, imkanlar müzakirə edilib.
Layihə çərçivəsində silsilə tədbirlərin Quba, Şəki, Qəbələ rayonlarında keçirilməsi planlaşdırılır.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


