AZCON Holding-in tərkibinə daxil olan bir sıra şirkətlər arasında vahid idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində işlər aparılır.
Redaksiya bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Məlumata görə, bu çərçivədə “Azərpoçt”, “Azərkosmos”, “Aztelekom”, “AzInTelecom” və “Azercell” şirkətləri arasında vahid satış prinsipinin tətbiqi nəzərdən keçirilir.
Bununla yanaşı, sözügedən şirkətlərin maliyyə departamentlərinin də vahid çətir altında fəaliyyətinin təmin edilməsi istiqamətində müzakirələr aparılır.
Məsələ ilə bağlı sorğumuza cavab olaraq AZCON-dan bildirilib ki, Holding-in rəqəmsal ekosisteminə daxil olan şirkətlərdə mövcud imkanlardan səmərəli istifadə, texnoloji həllərin tətbiqi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir:
“Bu yanaşmanın əsas məqsədi xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq, müştəri təcrübəsini yaxşılaşdırmaq, əməliyyat səmərəliliyini yüksəltmək və rəqəmsal transformasiya proseslərinə uyğun inkişaf üçün əlverişli şərait yaratmaqdır.
Rəqəmsal ekosistemin formalaşdırılması şirkətlər arasında əməkdaşlığın genişləndirilməsinə, mövcud resurs və təcrübədən daha səmərəli istifadəyə, eləcə də qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə yönəlib”.
“Şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi bu gün etibarlı və keyfiyyətli xidmətlərin təqdim edilməsinə, eyni zamanda, biznesin və ölkənin gələcək ehtiyaclarına cavab verən innovativ rəqəmsal həllərin hazırlanmasına və yeni imkanların formalaşdırılmasına töhfə verəcək”, – deyə AZCON-un məlumatında bildirilib. (Plat)
TREND
- Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib
- “China Datang” ilə yaşıl enerji layihələri üzrə əməkdaşlıq müzakirə edilib
- Azərbaycanda telekommunikasiya şirkətləri birləşdirilir?
- “İri Şəhərlərin Su Təchizatı”na yeni icraçı direktor təyin edildi
- “Həzi Aslanov”dakı təmir yekunlaşdı
- Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
- Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb
- Ramin Rzayev şəhid ailəsini ziyarət edib


