Son sutkada 32 nəfər “COVID-19”dan vəfat edib.
BAKU.NEWS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Hazırkı dövrədək Azərbaycanda 114 025 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 71 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib.
Aktiv xəstə sayı 41 011 nəfərdir.


