Qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla Azərbaycanda himayədar sərmayəçiləri birləşdirən “Technovate Mələk İnvestorlar Klubu” yaradılıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.
Nazir əlavə edib ki, belə platformalar startap ekosisteminə yeni və maraqlı imkan, biznes və rəqabət mühitinin inkişafı üçün faydalı təşəbbüsdür.


