Bu ilin yanvar-iyun aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 293 yeni dövlət standartı qəbul edib.
Redaksiya bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, yeni standartlar ölkənin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarında müəyyən edilmiş hədəflər nəzərə alınmaqla beynəlxalq standartlara və müasir tələblərə uyğun hazırlanıb.
Qəbul edilən standartlardan 43-ü mebel, 36-sı maşınqayırma, 35-i nəqliyyat, 33-ü tekstil və dəri texnologiyası, 28-i uşaq malları, 26-sı qida texnologiyası və kənd təsərrüfatı, 21-i tikinti materialları, 20-si informasiya və telekommunikasiya, 9-u energetika, 9-u əməyin təhlükəsizliyi, 7-si idarəetmə və keyfiyyət, 6-sı neft-qaz, kimya və əlaqəli texnologiyalar, 6-sı turizm, 4-ü bina qurğuları, 3-ü sənədləşdirmə və nəşriyyat, 3-ü istehlak malları, 2-si hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər, hərəsindən 1-i isə zərgərlik, metrologiya, ölçmə sistemləri və cihazlar sahələrini əhatə edib. Eyni zamanda, 21 dövlət standartının dövri yoxlanılması aparılıb və yaxud onlara dəyişikliklər edilib, 21 dövlət standartı isə ləğv olunub.
Bildirilib ki, qəbul edilən normativ sənədlər məhsulların və istehsal proseslərinin təhlükəsizliyi və keyfiyyətinin yüksəldilməsinə, məhsulların rəqabət qabiliyyətinin artırılmasına, eləcə də yeni texnologiyaların tətbiqinin genişləndirilməsinə şərait yaradır.
TREND
- BakuBus avtobusu qəzaya düşdü
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək


