“AzInTelecom” MMC-ə məxsus Superkompüter Mərkəzinin imkanlarından faydalanmaq üçün müraciət edən hər bir subyektə tələbata uyğun olaraq infrastruktur ayrılır.
Redaksiya bildirir ki, bu barədə Plat.az-ın sorğusuna cavab olaraq “AzInTelecom”dan bildirilib.
Qeyd edilib ki, hazırda Mərkəzin resurslarından bir sıra dövlət qurumları istifadə etməkdədir:
“Superkompüter Mərkəzinin hazırki infrastrukturunda “NVIDIA” çiplərindən istifadə olunur. Artan tələbatı qarşılamaq və Mərkəzin əhatə dairəsini genişləndirmək məqsədilə əlavə çiplərinin təchiz edilməsi istiqamətində işlər aparılır”.
Xatırladaq ki, Azərbaycanda süni intellekt layihələrinin həyata keçirilməsi, Azərbaycanın süni intellekt sahəsində inkişafını sürətləndirmək və rəqəmsal inkişafa təkan vermək məqsədilə ötən ilin sonunda ilk Superkompüter Mərkəzi yaradılıb.


