“Merano-Baku” ASC 2025-ci ili 3,541 milyon manat xalis mənfəətlə başa vurub.
Redaksiya səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 82,6 % çoxdur.
Ötən il “Merano-Baku”nun vergiyəqədərki mənfəəti 4,426 milyon manat (əvvəlki ilə nisbətən 11,4 % çox), mənfəət vergisi ödəmələri 885 min manat (11,5 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Merano-Baku”nun aktivləri 20,153 milyon manat olub ki, bu da illik müqayisədə 14 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 1,8 % azalaraq 14,301 milyon manata düşüb, balans kapitalı isə 87,9 % artaraq 5,852 milyon manata çatıb.
Xatırladaq ki, “Merano-Baku” 2016-ci ildə yaradılıb, Azərbaycana qida məhsullarının idxalı ilə məşğuldur. Onun nizamnamə kapitalı 100 min manatdır. Şirkətin səhmləri 100 % Namiq Əsgərova məxsusdur. (“Report”)
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


