Azərbaycan və Rusiya arasındakı trend müsbətdir.
Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Moskvada Rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.
“Əminəm ki, bu gün ticarət-iqtisadi əməkdaşlıq blokunu da ətraflı müzakirə edə biləcəyik. Bu istiqamətin mühüm elementlərindən biri Azərbaycan ilə Rusiya Federasiyası arasında hökumətlərarası komissiyanın müntəzəm təmaslarıdır. Komissiyanın 24-cü iclası bu ilin aprel ayında keçirilib. Bu kontekstdə hesab edirik ki, bütövlükdə dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, ölkələrimiz arasındakı trend müsbətdir. Bu gün, yəqin ki, 2025-ci ilin rəqəmləri və göstəriciləri, eləcə də yaxın perspektiv üçün müəyyən edilmiş istiqamətlər üzərində daha ətraflı dayanacağıq”, – deyə o bildirib.
C.Bayramov qeyd edib ki, humanitar sahə ənənəvi olaraq Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir.
“Təbii ki, qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəliyin bütün məsələlərini, o cümlədən beynəlxalq platformalarda təmaslarımızı və əməkdaşlığımızı müzakirə etməyə hazır olacağıq”, – deyə Azərbaycanın XİN rəhbəri əlavə edib.
Trend
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


