Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Əbu-Dabiyə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ədliyyə naziri Abdullah bin Sultan bin Avad əl-Nuaimi ilə görüşüb.
Görüşdə iki ölkə arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin, o cümlədən ədliyyə sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Bu əlaqələrin möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin xüsusi əhəmiyyəti vurğulanıb.
Görüş zamanı BƏƏ və Azərbaycanın ədliyyə nazirlikləri arasında əlaqələrin intensivləşdiyi, xüsusilə ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın səmərəli nəticələr verdiyi qeyd edilib.
Görüşdə ədliyyə sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib, yeni əməkdaşlıq imkanları, müqavilə bazasının genişləndirilməsi və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


