“Caspian Media Group”un istehsalı və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) sifarişi ilə hazırlanan bədii-sənədli filmin adı “ATROPATENA”dır.
Baş rollarda Rüstəm Cəbrayılov və Ümid Qədimli çıxış edirlər. Filmdə həmçinin Rauf Şahsuvarov, Duyğu Dəvəli, Səmimi Fərhad, Manaf Dadaşov, Rumiyə Ağayeva, Corc Qafarov, Nigar Qədirli və Xalq artisti Vidadi Həsənov çəkilirlər.
Layihənin quruluşçu rejissoru Elmar Bayramov, ikinci rejissoru Mir Zahid Ağayev, rejissor asistentləri isə Elçin Ağazadə və Vüqar Tahirovdur. Ssenari müəllifi Nicat Dadaşov, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Səbuhi Atababayev, geyim üzrə rəssamı isə Vüsal Rahimdir.
Filmin baş prodüseri Hüseyn Cavadzadə, icraçı prodüseri Azər Həsənov, döyüş xoreoqrafiyası üzrə mütəxəssis isə Sain Fərhaddır.









