Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin 23-24 yanvar tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçiriləcək 92-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsinin təqdimatı keçiriləcək.
Bu məqsədlə bu gün Azərbaycan nümayəndə heyətinin Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyində növbəti hazırlıq görüşü küçirilib.
Görüşdə həmçinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və Nümayəndəliyin əməkdaşları da iştirak edib.
Sözügedən məruzənin təqdimatında Azərbaycan Respublikası Hökumətini Ailə Qadınvə Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti təmsil edəcək.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Statistika Komitəsi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Maliyyə Nazirliyinin nümayəndələri yer alıb.










