Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İctimai Birliyi Azərbaycan Gənclər Fondunun təşkil etdiyi “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”ndə qalib olub.
Assosiasiya müsabiqəyə “Öyrən, tətbiq et, paylaş: tədrisdə yeni yanaşmalar” layihəsi ilə qatılıb və layihə qalib layihələr sırasında yer alıb.
Layihənin əsas məqsədi müasir və innovativ tədris yanaşmalarının təşviq edilməsi, gənc müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi və təhsil sahəsində yeni imkanların yaradılmasına töhfə verməkdir.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından bildirilib ki, əldə olunan nəticə təşkilat üçün həm böyük motivasiya, həm də mühüm məsuliyyət yaradır. Layihə çərçivəsində gənc müəllimlərin yeni tədris metodları ilə tanış olması, əldə etdikləri bilik və təcrübələri praktikada tətbiq etməsi və digər həmkarları ilə paylaşması nəzərdə tutulur.
Qeyd edək ki, layihənin həyata keçirilməsi müasir təhsil yanaşmalarının müəllimlər arasında daha geniş yayılmasına və tədris prosesinin innovativ metodlarla zənginləşdirilməsinə xidmət edəcək.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


