Türkmənistan vətəndaşı 1979-cu il təvəllüdlü Dovletgeldi Nursaxedoviç Başımovun cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunmasına dair Türkmənistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Türkmənistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmə, saxlama, daşıma cinayətlərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş Dovletgeldi Başımov 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanına təhvil verilib.
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


