Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə koordinasiyanın təmin edilməsi məqsədilə yaradılan Maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (FinCERT) üzvlük üçün müəyyən edilmiş tələbləri uğurla yerinə yetirərək beynəlxalq səviyyədə tanınmış “Forum of Incident Response and Security Teams” (FIRST) təşkilatına üzv qəbul edilib.
“FIRST” dövlət, kommersiya və akademik sektorları təmsil edən kompüter təhlükəsizliyi insidentlərinə cavab komandalarını birləşdirən beynəlxalq təşkilatdır.
AMB-dən verilən məlumata görə, “FinCERT”in “FIRST”ə üzv qəbul edilməsi maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində etibarlı beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, qabaqcıl təcrübələrə çıxışın təmin edilməsi, operativ məlumat mübadiləsinin gücləndirilməsi və kompüter insidentlərinə qarşı mübarizə imkanlarının inkişaf etdirilməsi baxımından mühüm addımdır. Bu üzvlük Azərbaycan maliyyə sektorunda kibertəhlükəsizlik ekosisteminin inkişafına, sektor üzrə erkən xəbərdarlıq və koordinasiya imkanlarının gücləndirilməsinə, həmçinin maliyyə bazarı iştirakçılarının kiberdayanıqlığının artırılmasına xidmət edəcək.
Xatırladaq ki, “FinCERT” maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə məlumatların qəbul edilməsi, təhlili və aidiyyəti üzrə koordinasiyanın təmin edilməsi məqsədilə fəaliyyət göstərən sahəvi mərkəzdir. Mərkəzin əsas məqsədi maliyyə sektorunda kibertəhlükəsizlik sahəsində operativ məlumat mübadiləsini gücləndirmək, kiberinsidentlərə qarşı koordinasiyalı yanaşmanı dəstəkləmək və maliyyə bazarı iştirakçılarının kibertəhlükəsizlik dayanıqlılığının artırılmasına töhfə verməkdir.
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


