AZAL-a məxsus təyyardə ötən gün həyacanlı anlar yaşanıb.
Bu barədə sosial şəbəkə istifadəçisi Emil Gəncəliyev məlumat verib.
“AZAL – Azerbaijan Airlines xəbəriniz olsun – xaricdən ucuz maaşa pilot gətirməklə bir gün xoşagəlməz bir hadisə olacaq (Allah göstərməsin). Bayaq (27 iyul, 21:20 də Tblisi – Bakı reysi, J28226) Bakıya enəndə camaat kəlmeyi şəhadətini oxuyurdu. Cəmi 45 dəqiqəlik bir uçuşda bu qədər həyəcan və narahatlıq görməmişdim. Təyyarələrdə çox vaxt keçirən bir sərnişin olaraq əminliklə deyə bilərəm – bu turbulensiya yox, pilot naşılığı və qeyri peşəkarlığı idi”, deyə qeyd edib.


