“Azərbaycan Hava Yolları” aviaşirkəti Gəncədən Rusiyanın iki şəhərinə – Moskva və Sankt-Peterburqa uçuşlar həyata keçirəcək.
BAKU.NEWS xəbər verir ki, reyslər hər həftə yerinə yetiriləcək.
Aviaşirkətin Bakı – Moskva – Gəncə – Moskva – Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək. AZAL bu istiqamətdə həftədə üç dəfə – bazar ertəsi, cümə və şənbə günləri uçacaq.
Martın 19-dan etibarən isə aviaşirkət Bakı – Sankt-Peterburq – Gəncə – Sankt–Peterburq – Bakı istiqamətində həftədə bir dəfə – bazar günləri uçuşlara başlayacaq.
İyun ayından etibarən hər iki marşrut üzrə uçuş cədvəlinə daha bir reys əlavə edilərək, müvafiq olaraq çərşənbə və cümə axşamı günləri yerinə yetiriləcək.


