Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycanın sabiq Prezidenti Ayaz Mütəllibovla vida mərasimi keçirilib.
BAKU.NEWS xəbər verir ki, mərasim bitdikdən sonra cənazə dəfn olunmaq üçün I Fəxri xiyabana gətirilib.
Dəfn mərasimində ictimai xadimlər, mərhumun ailə üzvləri iştirak edib.
Xatırladaq ki, A. Mütəllibov ötən gün 84 yaşında dünyasını dəyişib.


















