İstanbuldakı Ayasofya məscidindəki xristian mozaika və freskaların üzəri namaz vaxtı pərdələrlə örtüləcək.
BAKU.NEWS “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlayıb.
“İşıq sistemi olmayacaq. İndi freskalar və mozaikaların üzərini pərdə sistemi ilə bağlamaq üçün işlər görülür, demək olar ki, hazırdır. Burada əsas şəkillərə və ümumilikdə binaya ziyan dəyməməsidir”,deyə Kalın “NTV” kanalına bildirib.
İyulun 10-da Türkiyənin Ali İnzibati Məhkəməsi Ayasofyanın muzeyə çevrilməsinə dair 1934-cü il tarixli qərarını ləğv edib.


