“Ermənistan hökumətinin təşəbbüsü ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yollarda hərəkəti pozur, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyata zərər verir və COVID-19 yayırlar”.
BAKU.NEWS xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında bildirib.
“Ermənistan bu cür təxribatlarda iştirak etmək əvəzinə Azərbaycan torpaqlarının işğalına son qoymalıdır”, – deyə H. Hacıyev qeyd edib.


