Qloballaşan dünya mühitində alternativ enerji mənbələrinin aşkar edilərək onların istismara verilməsi çox mühüm faktorlardan birinə çevrilib.
Əlbəttə, belə bir məqamda anidən ənənəvi enerji resurslarından imtina edilməsi və alternativ enerji resurslarına keçilməsi bir qədər çətin qəbul edilə bilər. Belə olan halda ənənəvi enerji resurları ilə yanaşı alternativ enerji resurların istismarı da paralel aparılmalıdır. Bu gün dünyada belə praktikanı uğurla sınaqdan keçirən və böyük müvəffəqiyyətlər qazanan ölkələrdən biri də Azərbaycandır.
Ölkəmizin yerləşdiyi coğrafi mövqeyi, relyefi və təbii landşaftı alternativ enerji resurslarının uğurla istismar edilməsinə böyük imkanlar yaradır. Bu gün Azərbaycan enerji təhlükəsizliyini tam öz gücünə təmin edən ölkələr sıyahısındadır. Azərbaycan zəngin potensialı hesabına vacib məsələni qısa müddət ərzində təmin etməyi bacardı və hətta Ölkəmiz Avropa ölkələrinin böyük faiz hissəsini qazla təmin edən ölkəyə çevrildi. Artıq demək olar ki, Azərbaycan Avropanın dayanıqlı və təhlükəsiz qaz təminatını icra edən ölkəyə çevrilmişdir. Hazırda Azərbaycan COP 29 fonunda yaşıl enerji resurlarının istismarı və onların istifadəyə verilməsi istiqamətində çox mühüm işlər həyata keçirməkdədir.
Mart ayının 1–də Gülüstan sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu iclası da bu fonda həyata keçirilən işlərin sürətlənməsinə təkan verən hadisələrdən biri olacaqdır. Bu gün Cənub Qaz Dəhlizinin inkişafı, Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılması Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmini üçün yeni bir mərhələnin başlanğıcı sayıla bilər. Azərbaycan artıq Avropa İttifaqı ilə hərtərəfli qaydada razılaşdırılmış və uzaq hədəflərə istiqamətləndirilmiş dayanıqlı qaz təchizatı tərəfdaşlığın həyata keçirilməsi istiqamətində mühüm nailiyyətlərə imza atıb. Hazırda Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Avropa üçün stabil enerji təhlükəsizliyinin təmini çox vacib arqumentlərdən sayılır. Belə olan halda Avropanın milli maraqlar çərçivəsində Azəbaycanla qarşılıqlı əməkdaşlığa xüsusi önəm verməsinin hər zaman şahidi olacağıq.
Fidan İbrahimbəyli
Neftçala rayon gənci, könüllü


