ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Azərbaycana martın 5-də səfərə gələcək.
Bu barədə Baku.News-a Slovakiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, ötən gün Moskvada mətbuat konfransı zamanı M.Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün gələn ayın birinci yarısında Azərbaycana və Ermənistana səfər etmək niyyətində olduğunu demişdi.
Ümumiyyətlə, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılan münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.
Daha əvvəl bildirilmişdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir.a Slovakiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, ötən gün Moskvada mətbuat konfransı zamanı M.Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün gələn ayın birinci yarısında Azərbaycana və Ermənistana səfər etmək niyyətində olduğunu demişdi.
Ümumiyyətlə, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılan münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.
Daha əvvəl bildirilmişdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir.
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


