“İdman həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirilib.
Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda baş tutan aksiyada Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti və tələbələri də iştirak edib.


