Mükafatlandırma mərasimi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəsmi tərəfdaşlığı, ‘’Pasha Holdinq’’ MMC-nin təşkilatçılığı ilə baş tutmuş “İnnovasiya Sammiti” zirvə toplantısı çərçivəsində gerçəkləşib.
Müsabiqə çərçivəsində milli innovasiya ekosisteminin inkişafına önəmli töhfə verən potensial, fəal oyunçuların 9 nominasiyada aşkar edilməsi üzrə həm ictimai səsvermə, həm də münsiflər heyətinin qərarı əsas götürülüb.
Nəticələrə görə “İlin ekosistem oyunçusu” nominasiyası üzrə “ASAN xidmət”in “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “İlin bacarıq gücü” nominasiyası üzrə “Gələcək üçün bacarıqlar” layihəsi 1-ci yerə layiq görülüb.


