“30000 gənc “ASAN xidmət”də könüllü olub, onlardan 3000-i artıq işlə təmin olunub”.
BAKU.NEWS xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Xidməti və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Könüllü DOST” proqramının 3 illiyinə həsr olunmuş “Sosial sahədə könüllülük” forumunda çıxışı zamanı deyib.
Sədr qeyd edib ki, “ASAN” kadrda iş axtaran könüllülərlə, işə götürənlərin bir-birini tapması çox asandır:
“Bu platforma, sözsüz ki, qarşıdakı zamanda daha da genişlənəcək və faydalılığı artacaq”.


