SSRİ-nin xalq artisti Armen Ciqarhanyan 86 yaşında vəfat edib.
BAKU.NEWS bildirir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.
“Görkəmli sənətkar və lider, adını daşıyan teatrın rəhbəri Armen Borisoviç Ciqarhanyan öldü”, – deyə məlumatda bildirilib.
Onun ölümünün səbəbi dəqiqləşdirilməyib.
Qeyd edək ki, artist hər zaman Azərbaycana qarşı isti münasibəti ilə fərqlənib. Müsahibələrinin birində o, Bakıda dəfələrlə səfərlərdə olduğunu, qastrollarda çıxış etdiyii, filmlərə çəkildiyini və buraların onun üçün çox xoş olduğunu demiş və “Əgər sabah məni Bakıya çağırsalar, məmnuniyyətlə gedərəm”, – deyə əlavə etmişdi.


