Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Araz Əsgərli təltif edilib.
Bu barədə Araz Əsgərli öz sosial media hesabında məlumat verib.
Bəzi təltiflərin dəyəri yalnız təqdim olunduğu anla ölçülmür. Onlar insanın keçdiyi həyat yolunun, sadiq qaldığı prinsiplərin, mənsub olduğu dəyərlərin və ailə yaddaşının mənəvi davamına çevrilir.
Milli Mətbuat Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin yaratdığı, bu gün isə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyası tərəfindən Fəxri Fərmanla təltif olunmağımı böyük qürur və minnətdarlıq hissi ilə qəbul edirəm.
Bu təltif mənim üçün peşə fəaliyyətimə verilən yüksək qiymətlə yanaşı, ömrünü Azərbaycan mətbuatına, dövlətçilik ideyalarının təbliğinə və milli maraqların müdafiəsinə həsr etmiş atam – tanınmış jurnalist Mirzə Əsgərovun əziz xatirəsi ilə bağlı xüsusi mənəvi dəyər daşıyır.
Atam Yeni Azərbaycan Partiyasının tarixində xüsusi yeri olan məşhur “91-lər” sırasında yer almış, partiyanın təşəkkül tapdığı mürəkkəb və taleyüklü dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin, dövlətçilik ideyalarının və Yeni Azərbaycan Partiyasının məramının ölkə daxilində, regionda və beynəlxalq müstəvidə təbliği, obyektiv informasiya təminatının formalaşdırılması istiqamətində prinsipial və fədakar fəaliyyət göstərmişdi.
Bu gün layiq görüldüyüm bu təltifi yalnız şəxsi əməyimə verilən qiymət kimi deyil, həm də atamın zəngin irsinə, dövlətçilik yolunda göstərdiyi xidmətlərə və əziz xatirəsinə göstərilən mənəvi ehtiramın təcəssümü kimi qəbul edirəm.
Mənə göstərilən yüksək etimada görə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının rəhbərliyinə səmimi təşəkkürümü bildirirəm. Bu etimadı bundan sonra da vicdanlı peşə fəaliyyətim, dövlətimizə və cəmiyyətimizə sədaqətli xidmətimlə doğrultmağa çalışacağam.
Fürsətdən istifadə edərək Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini və həmkarlarımı ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və yeni peşə uğurları arzulayıram.
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


