Tarixi Zəfər dünyaya səs salmaqla xalqımızın yenilməzliyinin, müzəffərliyinin, məğrurluğunun təqdimatı oldu!
Artıq beşinci ildir ki, Azərbaycanın çoxəsrlik tarixinin ən şanlı səhifələrinin yazıldığı II Qarabağ mühharibəsində misilsiz qəhrəmanlıq və şücaət göstərərək, şəhadət zirvəsinə yüksələn şəhidlərimizin anım gününü sonsuz qürur və fəxarət hissi ilə qeyd edirik.
Möhtərəm Prezident cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətənin bütövlüyü uğrunda qəhrəmancasına döyüşmüş, torpaqlarımızın hər qarışının azad edilməsində canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Əminliklə deyə bilərik ki, Zəfər salnaməsinin ilk günü olan 27 sentyabr tarixi yaddaşımıza əbədi olaraq rəşadət və qəhrəmanlıq səhifəsi kimi həkk olunub. Bu faktdır ki, xalq, ordu və rəhbər birliyi tarixi Qələbəmizi təmin edən əsas amillər oldu. Məhz bu günün təsis eilməsi özlyündə ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tarixi Zəfər dünyaya səs salmaqla xalqımızın yenilməzliyinin, müzəffərliyinin, məğrurluğunun təqdimatı oldu. Bir daha sübut olundu ki, yalnız tarixi ədalətə, real faktlara əsaslanan siyasət qalib olur. Ermənistanın tarixi saxtaşaldırmaq niyyəti, onlara havadarlıq edənlərin bu mənfur siyasətə dəstək verməsi belə Azərbaycanın qəttiyyətinə mane olmadı. Xalqın Müzəffər Liderinin ətrafında sıx birləşməsi, Ona inanması özünü ən ali səviyyədə doğrultdu. Bir an belə Qarabağ dərdini unutmayan xalqımız bəzi beynəlxalq dairələr tərəfindən həlledilməz kimi aşılalan problemi “Dəmir Yumruq” olaraq həll etdi. Zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yaradaraq, özünün Qalib xalq olduğunu bütün dünyaya sübut etdi. 30 il Qarabağ həsrəti ilə alışıb-yanan ürəklərin inamı və istəyi, yenilməz iradə, qətiyyətli siyasət və qəhrəman vətən övladlarının şücaəti, fədakarlığı sayəsində nəhayət ki, Zəfər günü yetişdi. İllər öncə Ümummilli lider Heydər Əliyev bir gün tarixi torpaqlarımızın geri qaytarılacağına əmin idi və bunu belə ifadə etmişdi: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qayıdacaqdır. Nəyin bahasına olursa olsun”. Doğma Qarabağımızın işğaldan azad olunması Ulu Öndərin ən böyük arzusu və vəsiyyəti idi. Ata vəsiyyətini yerinə yetirən Ali Baş Komandan cənab İlham Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdirən Müzəffər Lider adını haqqıyla qazandı!.
“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik.” deyən Ölkə başçısı Azərbaycan xalqını dünyada Qalib Xalq kimi tanıtdı!.
Elman Quliyev;
Neftçala rayonu


