Bu gün Bakıda Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
BAKU.NEWS xəbər verir ki, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri Xələf Xələfovla Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq gündəliyinin məsələləri əsas müzakirə mövzusu olub.
Həmçinin tərəflər, bölgədəki cari vəziyyət və baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.
Siyasi məsləhətləşmələrdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.


