Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyası genişləndirilib.
BAKU.NEWS ANAMA-ya istinadən xəbər verir ki, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün Minatəmizləmə Agentliyində bəzi regional idarələr yenidən formalaşdırılacaq.
Formalaşdırılması nəzərdə tutulan idarələr bunlardır: Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın.
Həmin idarələrin tərkibində fəaliyyət göstərməsi üçün həkim-terapevt, təcili yardım üzrə həkim, həkim-anestezioloq-reanimatoloq, həkim-travmatoloq-ortoped, həkim-ümumi cərrah vəzifələrinə işə qəbul da nəzərdə tutulub.


