Bu gün qəbul edilməsinin 30-cu ildönümünü qeyd etdiyimiz ana Qanunumuz müasir Azərbaycanın tarixi uğurları ilə yanaşı addımlayır!
Böyük dövlətçilik ənənələrinə malik Azərbaycan Respublikası ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa etdikdən sonra hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması istiqamətində addımlar atmağa başladı. Hərçənd ki, həmin dövrdə baş verən proseslər, hakimiyyətddə olanların səriştəsizliyi bu prosesin uğurlu həyata keçiriləməsinə mane oldu. Baş verənlər hətta yenicə müstəqilliyini bərpa etmiş ölkəni risk qarşısında qoymuşdu. Lakin 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı bir çox sahələr kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti formalaşdırılması baxımından da tarixi əhəməyyət daşıyır. İnsanların hüquq və azadlıqlarının təmin olunması hər zaman Ulu Öndər siyasətinin əsasını təşkil edib. Dahi şəxsiyyətin atdığı qətiyyətli addımlar sayəsində Azərbaycan vətəndaşları hüquqlarının ən yüksək səviyyədə qorunduğu demokratik cəmiyyətdə yaşamağa başladı. Əlbəttə ki, hüquqi dövlət və nümunəvi vətəndaş cəmiyyətinin qurulması üçün bir çox islahatlar həyata keçirilməli idi.
Məhz bunun sayəsində ölkədə vətəndaş cəmiyyətinin qurulması təmin edilə bilərdi. Ümummilli Lider dərin siyasi dünyagörüşü, uzaqgörən siyasəti nəticəsində hakimiyyətə gələrkən Ölkədə mövcud olan dərin siyasi böhran və müharibə vəziyyətindən Azərbaycanı çıxararaq, baş qaldırmış qiyamları, separatçılığı aradan qaldırdı. Qüdrətli, bütöv, müstəqil Azərbaycan dövləti qurulması yolunda dayanan maneələri yox etdi. Dahi şəxsiyyət qeyd ediridi; “1995-ci ilin ortalarında Azərbaycan bütün qeyri-qanuni silahlı qüvvələrdən xilas olmuş, tamamilə möhkəmlənmiş, keyfiyyətcə yeni bir mərhələyə daxil olmuş, dövlət quruculuğunda böyük işlərə başlamaq üçün möhkəm ictimai-siyasi sabitlik və qanunçuluq şəraitinə gətirilmiş dövlətə çevrilmişdi”.
Vətəndaş cəmiyyətini vətəndaşların hüquqlarının qorunduğu cəmiyyət adlandıran Ulu Öndər bu yolda əməli addımlara başladı. Bu yolda atılan əsas addım 1995-ci ilin iyununda Konstitusiya Komissiyasının yaradılması oldu. Şəxsən özünün sədrliyi ilə yaradılmış bu komissiyanın tərkibində hüquqşünaslar, məhkəmə orqanlarının əməkdaşları, qanunverici və icra nümayəndələri var idi. Heydər Əliyev xalqımızın çoxəsrlik milli mənəvi dəyərlərini nəzərə alınıb, qabaqcıl ölkələrin təcrübəsindən yararlanaraq, bunun da əsasında Azərbaycan Respublikasının Konstitusiyasının layihəsinin hazırlanmasına rəhbərlik etdi. Dəyişiklik edilməklə iki dəfə mətbuatda dərc olunan Ali Qanun toplusu ilə xalqımızın hərtərəfli tanış olmasına şərait yaradıldı.
Beləliklə 1995-ci il 12 noyabr tarixli Referendumu ilə Azərbaycan Respublikasının Konstitusiyası xalq tərəfindən qəbul edildi. Konstitusiyanın qəbul edilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əsas addım oldu.
Ulu Öndərin Heydər miras qoyduğu siyasət, vətəndaş cəmiyyəti bu gün daha möhkəm əsaslarla həyata keçirilir. Çünki bu siyasətin davamçısı hər addımda xalqının milli-mənəvi dəyərlərini əsas tutan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Bu gün qəbul edilməsinin 30-cu ildönümünü qeyd etdiyimiz ana Qanunumuz müasir Azərbaycanın tarixi uğurları ilə yanaşı addımlayır!.
Alim Əliyev;
Neftçala rayonu


