Amerika ağ kəpənəyinin vaxtında aşkar olunması, yayılma arealının müəyyənləşdirilməsi və ərazilərin fitosanitar vəziyyətinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı, Abşeron-Xızı, Lənkəran-Astara və Şəki-Zaqatala regional bölmələrinin əhatə etdiyi ərazilərdə fitosanitar monitorinqlər aparıb.
Monitorinqlər zamanı zərərvericinin yayılmasının qarşısının alınması məqsədilə mexaniki mübarizə və məhvetmə tədbirləri görülüb.
Eyni zamanda, ərazilərdə yaşayan sakinlər arasında maarifləndirmə işləri aparılıb. Vətəndaşlara Amerika ağ kəpənəyinin bitkilərə vurduğu zərər, yayılma xüsusiyyətləri, aşkarlanma əlamətləri və ona qarşı mübarizə üsulları barədə geniş məlumat verilib.
TREND
- Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib
- İranın neft naziri istefa verdi
- Gülnaz Dadaşova beynəlxalq konfransda təltif olundu – FOTOLAR
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb


