Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarında məlumatların idarə edilməsi (data governance) istiqamətində minimum məlumat indikatorlarının hazırlanmasını planlaşdırır.
Redaksiya bildirir ki, bunu “Report”a açıqlamasında AMB-nin İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı bildirib.
Onun sözlərinə görə, hər bir bank birinci növbədə öz məlumat bazasını dərindən tanımalı, həssas hesab olunan məlumatları dəqiq müəyyənləşdirməli və buna müvafiq olaraq “data governance” sistemini formalaşdırmalıdır:
“Bundan əlavə, “anti-fraud” (fırıldaqçılıqla mübarizə) yanaşması çərçivəsində minimal indikatorlar işlənib hazırlanacaq. Bu məlumatlar toplanmalı və onların bazasında korrelyasiya qaydaları yaradılmalıdır ki, “anti-fraud” platformaları anomaliyaları, o cümlədən ödəniş sahəsindəki anomaliyaları müəyyən edə bilsin. Bu təşəbbüs data layihəsi çərçivəsində reallaşdırılmalıdır”.
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


