ABŞ-ın Alyaska ştatının sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.
BAKU.NEWS “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti bildirib.
Yeraltı təkanların episentri Sand-Poynt yaşayış məntəqəsindən 94 kilometr cənubi-şərqdə, ocağı isə 41 kilometr dərinlikdə yerləşib.
ABŞ Milli Sunami barədə Xəbərdarlıq Mərkəzi zəlzələdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq yayıb.


