“Ümumilikdə təhsil haqqını ödəyən tələbələrin sayı 126 min 173 nəfərdir”.
BAKU.NEWS xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, onların 28674-ü akademik borcu olanlardır: “Bu da həmin tələbələrin 20-30 faizini təşkil edir. 41291-inin ümumi orda müvəffəqiyyət göstəricisi 71 baldan aşağıdır. Bu da 30-40 faiz təşkil edir” – o, deyib.


