“Agro Dairy” şirkətinin fəaliyyəti 4 şaxəlidir. Şaxələrdən biri əkinçilik sahəsidir. Şirkətimiz arpa, buğda, qarğıdalı istehsalı ilə məşğuldur. Hər il olduğu kimi biz artan məhsuldarlığıa hədəflənmişik.
Bu barədə COP29 çərçivəsində jurnalistlərə müsahibəsində “Agro Dairy” MMC-nin icraçı direktoru Niyazi Əmirbəyov məlumat verib.
O bildirib ki, COP29-un ruhuna davam olaraq kənd təsərrüfatının dayanıqlı və davamlı olmağı bizim üçün əsas prioretetdir. Şirkət fəaliyyətə başladığı gündən dayanıqlı kənd təsərrüfatının inkişaf etdirilməsinə önəm verir.
Niyazi Əmirbəyov vurğulayıb ki, “Agro Dairy” şirkətinin 20 min hektara yaxın müasir suvarma sistemləri mövcuddur. İldən-ilə olan hədəfimiz bu müasir suvarma sisteminin əhatəsini daha da böyütməkdir. Təkcə müasir suvarma sistemləri ilə biz suya 30-50 faiz qənaət edirik. İndiki iqlim dəyişən dünyada bu çox ciddi bir rəqəmdir. Ümumiyyətlə isə iqlim dəyişmələrinin təsirlərini nəzərə alaraq kənd təsərrüfatı sahəsində innovativ yeniliklər tətbiq edirik. Dünyada istifadə olunan daha qənaətli, effektiv, ətraf mühitə minimum zərər endirən hətta karban qazlarının istehsalını aşağı salan metodlardan istifadə edərək öz məsuliyyətimizi hiss edirik. Düşünürük ki, karbon qazının azaldıması istiqamətində mütamadi olaraq addımlarımızı atmalıyıq.
N.Əmirbəyov həmçinin bildirib ki, “Agro Dairy” MMC 5 ildən çoxdur ki, toxumçuluq sahəsi ilə də məşğuldur. Fermerlərə məhsuldar toxumların əlçatanlığı təmin edilir. Şirkətimizdə Almaniya və Avstriya mənşəli toxumlar istehsal edilir və Azərbaycanın torpaq və iqlim şəraitinə tam uyğundur. Bununla yanaşı yerli sortlar da istehsal edilir. Bu toxumlar ekoloji cəhətdən tam zərərsiz kağız kisələrdə fermerlərə təklif edilir. Fermerlərə məhsuldar premium toxumlar da təklif edilir. Bu toxumların ən əsas fərqi onların xüsusi dərmanlamadan keçməsidir, bu da məhsuldarlığın artırılmasında mühüm rol oynayır.


